İSTİFADƏÇİ RAZILAŞMASI
Ümumi  Oferta
«Enkompass» internet-mağazasının malların satışı haqqında ofertası (təklifi).
1. Terminlər və anlayışlar
Bu təklifdə verilmiş terminlər, kontekstdə nəzərdə tutulan hallar istisna olmaqla, aşağıdakı mənaları ifadə edir və onun ayrılmaz tərkib hissəsidir:  Bir tərəfdən  Satıcı  «Enkompass» MMC (VÖEN: 1403489161;  Hüquqi ünvanı: AZ1010, Azərbaycan, Bakı, U. Hacıbəyli 62, Marine Plaza; Faktiki ünvanı: Azərbaycan, Bakı şəhəri, AZ1010, Nizami küçəsi 203, AF Business House tel: *2255;  email: [email protected]). Digər  tərəfdən Alıcı  —  hazırkı ofertanın şərtləri əsasında aksept etmiş istənilən fiziki şəxs. İnternet-mağaza — Satıcının https://osebu.co internet ünvanında yerləşən rəsmi internet-mağazası. Bu müqavilə çərçivəsində, İnternet-mağaza və Mağaza anlayışları, eləcə də http://Osebumarket.az internet portalının törəmələri ekvivalentdir və ofertanın konteksti üzrə səhih təfsir olunur. “Mal” və ya “Məhsul” — tərəflərin razılaşma obyekti, rəsmi internet-mağazada təqdim edilmiş çeşid adlarının siyahısıdır.
2. Ümumi müddəalar
2.1. Bu oferta (bundan sonra — Müqavilə) fəaliyyət qabiliyyəti olan və bu ofertada müəyyən edilmiş şərtlər əsasında «Enkompass» ilə Mal alqı-satqısı müqaviləsi bağlamaq üçün lazımi səlahiyyəti olan istənilən fiziki şəxsin ünvanına «Enkompass»-ın rəsmi təklifidir və müqavilənin əsas şərtlərini özündə ehtiva edir.  
2.2. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunla və bu qanuna uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
3. Müqavilənin predmeti və Malın qiyməti
3.1. Satıcı bu Müqavilənin şərtləri əsasında malları təhvil verir, Alıcı isə onları təhvil alır və dəyərini ödəyir.
3.2. Sifariş edilmiş mallar üzərində mülkiyyət hüququ Malın Alıcıya faktiki verilməsi və sonuncunun Malın dəyərini ödəməsi anından Alıcıya keçir. Malın təsadüfi məhvi, yaxud zədələnməsi riski, Malın Alıcıya faktiki təhvil verilməsi anından Alıcıya keçir.
3.3. Malın qiymətləri Satıcı tərəfindən birtərəfli qaydada müəyyən edilir və https://osebu.co internet-ünvanında yerləşdirilmiş internet-mağazanın səhifələrində göstərilir.
3.4. Malın qiyməti Azərbaycan Respublikasının manatı ilə göstərilir.
4. Müqavilənin bağlandığı an
4.1. Bu Müqavilənin mətni (Azərbaycan respublikasının Mülki Məcəlləsinə uyğun olaraq) ümumi ofertadır.
4.2. Bu ofertanın (müqavilənin) aksepti Alıcı tərəfindən Mal sifarişinin bu ofertanın şərtlərinə uyğun olaraq rəsmiləşdirilməsidir.
4.3. Alıcı tərəfindən bu ofertanın aksept edilməsi əsasında bağlanan Müqavilə birləşmə müqaviləsidir ki, Alıcı hər hansı istisna və/və ya qeyd-şərt olmadan bu müqaviləyə qoşulur.
4.4. Sifarişin Alıcı tərəfindən rəsmiləşdirilməsi faktı bu Müqavilənin şərtlərinin Alıcı tərəfindən birmənalı qəbul edilməsi faktıdır. Satıcının İnternet-mağazasında mal almış (malın sifarişini rəsmiləşdirmiş) Alıcı Satıcı ilə hazırkı Müqavilənin şərtləri əsasında münasibətləri yaranmış şəxs kimi nəzərdən keçirilir.
5. Tərəflərin hüquq və vəzifələri
5.1. Satıcıaşağıdaki öhdəlikləri üzərinə götürür:
5.1.1. Mövcud qanunvericiliyin və bu müqavilənin şərtlərinə uyğun olaraq bu Müqavilənin bağlandığı andan Alıcı qarşısında bütün öhdəlikləri tam şəkildə təmin etmək. Fors-major halları meydana çıxdığı təqdirdə Satıcı Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək hüququnu özündə saxlayır.
5.1.2. Alıcının şəxsi məlumatlarını emal etmək və mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada onların məxfiliyini təmin etmək.
5.1.3. Bu ofertanı aksept etməklə Alıcı icazə verir ki, onun şəxsi məlumatlarını, o cümlədən soyadını, adını, ata adını, doğum tarixini, cinsini, biometrik şəxsi məlumatlarını, iş yerini və vəzifəsini, poçt ünvanını; şəxsi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (həmçinin Azərbaycan Respublikasının ərazisində və transərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, fərdi məlumatların məhv edilməsi də  daxil olmaqla ev, iş, mobil telefonlarını, elektron poçt ünvanını, həmçinin onların növbəti emal məqsədilə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədqiqatların aparılması, marketinq proqramlarının həyata keçirilməsi, statistik tədqiqatların aparılması üçün şəxsi məlumatların Operatorun kontragentlərinə ötürülməsi (o cümlədən yığılması, sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (həmçinin Azərbaycan Respublikasının ərazisində və transərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhvi), eləcə də müxtəlif rabitə vasitələrinin, o cümlədən poçt göndərişləri, elektron poçt, telefon, faksimile rabitəsi, İnternet şəbəkəsi və s. vasitələrin köməyi ilə Alıcı ilə birbaşa əlaqələrin yaradılması yolu ilə bazarda xidmətlərin reklamı üçün emal etməsinə razılığını ifadə edir və icazə verir. Alıcı Operatorun və Operatorun kontragentlərinin məlumat bazalarının avtomatlaşdırılmış idarəetmə sisteminin, eləcə də xüsusi olaraq Operatorun tapşırığına əsasən işlənib hazırlanmış digər proqram vasitələrinin köməyi ilə Alıcının şəxsi məlumatlarını emal etməsinə razılığını ifadə edir və icazə verir. Belə sistemlərlə iş operator tərəfindən təyin edilmiş alqoritm üzrə həyata keçirilir (yığma, sistemləşdirmə, yığılma, saxlama, dəqiqləşdirmə, istifadə, bloklama, məhvetmə). İstifadə edilən emal üsulları (o cümlədən, lakin bununla məhdudlaşmadan): poçt kodlarının kodlar bazası ilə avtomatik tutuşdurulub yoxlanılması, küçələrin /yaşayış məntəqələrinin adlarının yazılışının avtomatik yoxlanılması, Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN)   və dövlət qeydiyyat nişanlarının etibarlılığının avtomatik yoxlanılması, Alıcı ilə telefon, poçt rabitəsi və ya İnternet şəbəkəsi vasitəsilə əlaqə saxlamaqla məlumatların Alıcı ilə dəqiqləşdirilməsi, bazaların verilmiş kriterilər üzrə seqmentləşdirilməsi yolu ilə həyata keçirilir. Alıcı razılaşır ki, əgər bu ofertada göstərilmiş məqsədlər üçün zəruridirsə, onun Operator tərəfindən alınmış şəxsi məlumatları Operatorun Alıcının şəxsi məlumatlarının emalını tapşıra biləcək üçüncü şəxslərə onlarla bağlanmış müqavilə əsasında verə bilər; bu halda belə üçüncü şəxslər şəxsi məlumatların məxfiliyinin və şəxsi məlumatların emalı zamanı onların təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Alıcının göstərilən məlumatlarını ötürərkən Operator Alıcının şəxsi məlumatlarını alan şəxslərə bu məlumatların məxfiliyi və yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edir və onlardan bu qaydaya riayət etməyi tələb edir. Alıcı Operatordan öz şəxsi məlumatları, onların emalı və istifadəsi barədə dolğun məlumat istəməyə, həmçinin Operatorun adına poçt ünvanına müvafiq yazılı sorğu göndərməklə düzgün olmayan və ya natamam şəxsi məlumatların çıxarılmasını və ya təshih/əlavə edilməsini tələb etməyə haqlıdır. Alıcı tərəfindən onun şəxsi məlumatlarının emalına verilən razılıq müddətsizdir və Alıcı tərəfindən Operatorun poçt ünvanına yazılı sorğu göndərməklə geri götürülə bilər. Satıcı isə qanunvericilik ilə başqa hal nəzərdə tutulmayıbsa, həmin Alıcı sorğusunu təmin etməyi öhdəsinə götürür.
5.1.4. Satıcı informasiyaya icazəsiz çıxış və/və ya onun Sifarişlərin icrasına bilavasitə aidiyyəti olmayan şəxslərə ötürülməsi cəhdlərinin qarşısını almağa; belə faktları vaxtında aşkar etməyə və qabağını almağa lazımi səyi göstərməyi öhdəsinə götürür.
5.1.5. Malların təhvil verilməsini təsdiq edən sənədi  və ödəniş təsdiq edən sənədi Alıcıya təqdim etmək.
5.1.6. Malları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikasının və digər  qanunvericilik aktlarına  əsasən uyğun şəkildə dəyişdirilməsini, geri gaytarılmasını təmin etmək.
5.1.7. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklər daşıyır.
5.2. Satıcı aşağıdaki hüquqlara malikdir:
5.2.1. Bu Müqaviləni, Malın qiymətlərini və yardımçı xidmətlər üzrə Tarifləri, malı https://osebu.co internet-ünvanında yerləşən internet-mağazanın səhifələrində yerləşdirərək onların birtərəfli qaydada ödənilməsi, çatdırılması üsullarını və müddətlərini dəyişmək. Bütün dəyişikliklər elan edildikdən dərhal sonra qüvvəyə minir və elan olunduğu andan Alıcının nəzərinə çatdırılmış sayılır.
5.2.2. ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının qanununa uyğun olaraq Alıcı ilə telefon danışıqlarının qeydə alınmasını həyata keçirmək.  
5.2.3. Alıcı ilə razılaşdırmadan, bu Müqavilə üzrə öz hüquq və vəzifələrini üçüncü şəxslərə vermək.
5.2.4. Alıcının sifariş etmiş olduğu malı tədarük etməzdən qabaq Satıcı Alıcıdan sifariş edilmiş malın 100 % ilkin ödənişini tələb etmək hüququna malikdir. Belə ödəniş olmadıqda Satıcı malı Müştəriyə tədarük etməkdən imtina edə bilər.
5.2.5. Satıcı anbarda məhsulların qalığına əsasən birtərəfli olaraq Alıcının yerləşdirdiyi sifarişlərdə dəyişikliklər etmək və yaxud imtina etmək hüququna malikdir. Belə hallar olduğu zaman Satıcı Alıcıya telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.
5.2.6. Satıcının təyin etdiyi kampaniyalarda iştirak edən endirimli və hədiyyəli məhsulların sayı məhdud miqdarda ola bilir. Endirimli və hədiyyəli məhsulların sayı məhdud olduqda Satıcı birtərəfli olaraq Alıcının yerləşdirdiyi sifarişlərdə endirimli və hədiyyəli məhsulların sayında dəyişikliklər etmək və yaxud imtina etmək hüququna malikdir. Belə hallar olduğu zaman Satıcı Alıcıya telefon, elektron məktum və yaxud sms vasitəsi ilə məlumat verməlidir.
5.2.7. Satışda olan endirimli və kampaniyada iştirak edən məhsulların sayına Satıcı tərəfindən məhdudiyyətlər tədbiq oluna bilər. Bu limitlər Alıcı tərəfindən aşıldıqda Satıcı Alıcının sifarişlərinə dəyişikliklər etmək və yaxud sifarişin tam ləğv etmək hüququnu özündə saxlayır. Belə hallar olduğu zaman Satıcı Alıcıya telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.
5.2.8. Bu Ofertanın 5.3.3.1-ci bəndi Alıcı tərəfindən pozulduqda, Satıcı Alıcıya Sifarişdən birtərəfli qaydada imtina etməyə haqlıdır.
5.2.9. Satıcı internet-mağazanın https://osebu.co saytında yerləşdirilmiş Aksiyaların şərtlərini Alıcı ilə razılaşdırmadan birtərəfli qaydada dəyişməyə və belə dəyişiklikləri internet-mağazanın https://osebu.co saytında yerləşdirməyə haqlıdır.
5.3. Malların geri qaytarılması zamanı müvafiq xərcləri (nəqliyyat və s.) Alıcıdan tələb edə bilər.  Qabaqcadan ödəniş olduğu təqdirdə isə, müvafiq faktiki xərclərin (nəqliyyat və s.) həmin ödənilmiş məbləğdən akspetsiz qaydada Alıcıdan  tutulmasını həyata keçirə bilər.
5.3.1. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdir.
5.3.2. Alıcı aşağıdakıları öhdəsinə götürür:
5.3.1. Müqavilənin bağlanması anına qədər Müqavilənin məzmunu və şərtləri, Satıcı tərəfindən internet-mağazada təklif edilən Malın qiymətləri ilə tanış olmaq;
5.3.2. Satıcının Alıcı qarşısındakı öhdəliklərinin icrası naminə sonuncu onu birmənalı olaraq Alıcı olaraq eyniləşdirən və Alıcının haqqını ödəmiş və ya yerindəcə ödəyəcəyi  olduğu Malın ona çatdırılması üçün kifayət edən bütün zəruri məlumatları bildirməlidir.
5.3.4. Sifariş edilmiş Malın dəyərini (və çatdırılma haqqını) bu müqavilənin şərtlər əsasında ödəmək.
5.3.3.1. “Satıcı”dan bilavasitə  təhvil alınarkən həyata keçirilməli olan malın dəyəri nəğd olaraq  “Satıcı”ya tam olaraq ödənilir.
5.3.3.2. Əgər Alıcı Sifarişin rəsmiləşdirilməsi zamanı Sifarişin nağdsız ödəmə üsulunu göstərirsə (bank kartı, yaxud elektron ödəmələr sistemi ilə), o zaman Alıcı rəsmiləşdirmə anında öz Sifarişini ödəməyə borcludur.
5.3.3.3. “Alıcı” malın dəyərinin ödənilməsini özündə müvafiq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və ya ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. “Alıcı” malların dəyərini nəğdsiz qaydada ödədiyi halda , köçürmə sənədlərində malların ona təqdim olunmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir.
5.3.3.4. Müqavilənin 5.2.8.-ci bəndində qeyd olunan tələbi icra etmək.
5.3.3.5. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklər daşıyır.
5.4. Alıcının hüquqları:5.4.1. malların lazımi keyfiyyətdə olmasını tələb etmək;
5.4.2. malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək;
5.4.3. malların təhvil verilməsini , malların nağd şəkildə ödənildiyi təqdirdə ödəniş qəbzini, müvafiq sənədləri Satıcıdan tələb etmək ;
5.4.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikasının və digər  qanunvericilik aktlarına  əsasən uyğun şəkildə dəyişdirilməsini, geri gaytarılmasını tələb etmək.
5.4.5. Bu növ müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş  digər hüquqlara malikdir.
6. Ofertanın geri götürülməsi
6.1. Ofertanın (Müqavilənin) geri götürülməsi Satıcı tərəfindən istənilən vaxt həyata keçirilə bilər, lakin bu Satıcının artıq bağlanmış müqavilələr üzrə öhdəliklərindən imtinası üçün əsas deyil. Satıcı, Ofertanın hüquqi qüvvəsinin geri götürülməsi (müvəqqəti dayandırılması) faktının baş verməsinə ən azı 12 saat qalmış öz internet-mağazasında ofertanın geri götürüləcəyi barədə geri götürmənin dəqiq vaxtını göstərməklə bildiriş yerləşdirməyi öhdəsinə götürür.
7. Müqavilənin bağlanmasına aid tələblər
7.1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:
7.1.1. təchizatçının adı, ünvanı;
7.1.2. malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;
7.1.3. vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;
7.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;
7.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;
7.1.6. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;
7.1.7. ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;
7.1.8. müqavilənin bağlanma üsulu və mərhələləri;
7.1.9. satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;
7.1.10. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.
7.2. Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.
7.3. Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.
7.4. Təsdiqləmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:
7.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;
7.4.2. alıcının (sifarişçinin) şikayət edə bildiyi ünvan;
8. Fors-major
8.1. Əgər Tərəflərdən hər hansı biri bu Müqavilənin imzalanmasından sonra baş vermiş qarşısıalınmaz qüvvənin yaratdığı hallar, yəni fors-major səbəbindən öz Müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirməyibsə, həmin tərəf belə öhdəlikləri yerinə yetirməməyə görə məsuliyyətdən azad olunur. «Fors-major» dedikdə elə fövqəladə hadisələr və ya hallar nəzərdə tutulur ki, müvafiq Tərəf onu qabaqcadan görə və ya əlçatan vasitələrlə qarşısını ala bilməyib. Belə fövqəladə hadisələr və ya hallara həmçinin daxildir: tətillər, daşqınlar, yanğınlar, zəlzələlər və başqa təbii fəlakətlər, müharibələr, hərbi əməliyyatlar,  eləcə də Tərəflərin iradəsi xaricində olan istənilən digər şərait. Mövcud qanunvericiliyə və ya normativ aktlara edilmiş və Tərəflərin istənilən birinə birbaşa və ya dolayı təsir göstərən dəyişikliklər fors-major hadisələr kimi nəzərdə tutulmur, lakin əgər belə dəyişikliklər Tərəflərin istənilən birinə bu Müqavilə üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirməyə imkan vermirsə, Tərəflər hazırkı Müqavilə üzrə öhdəliklərin icrasının davam etdirilməsini təmin etmək məqsədilə bu problemin aradan qaldırılması üzrə iş qaydası xüsusunda dərhal qərar qəbul etməyə borcludur.
9. Tərəflərin məsuliyyəti
9.1. Tərəflər bu Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
9.2. İnternet-mağazada yerləşdirilmiş bütün mətnli məlumatların və qrafik təsvirlərin qanuni hüquqi sahibi olduğundan, göstərilən informasiyanın və təsvirlərin qanunsuz istifadəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq təqib edilir.
9.3. Mal  və çatdırılma xərcləri Alıcı tərəfindən ödənilməlidir.
9.4. Tərəflər təqdim etdikləri məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət daşıyırlar.
10. Digər şərtlər
10.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini icra etməmələri və ya lazımınca icra etməmələri ilə bağlı bütün mübahisələri danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar.
10.2. Danışıqların gedişində razılığa gəlmək mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunacaqdır.
10.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ aktları ilə tənzimlənir.
10.4. Bu Müqavilə imzalandığı andan  qüvvəyə minir və Tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
10.5. Alıcı çatdırılmadan ən azı 24 saat öncə ünvan dəyişikliyi barədə Satıcını yazılı xəbərdar etməlidir. “Alıcı” bu müqavilədə ünvanı barədə göstərdiyi məlumatların doğruluğunu təsdiq etməklə “Satıcı” tərəfindən həmin ünvana göndərilən çatdırlan mal, həmçinin bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana çatmış hesab olunacaq və “Alıcı” onları almaması halına istinad edə bilməz. 
10.6. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.
10.7. Bu Müqavilənin hər hansı müddəası hər hansı məhkəmə, hökumət orqanı, nazirlik, idarə və ya arbitraj məhkəməsi tərəfindən, hər hansı səbəbdən, etibarsız və ya tətbiqi mümkün olmayan hesab olunarsa, Müqavilənin bütün qalan müddəaları qüvvəsini saxlayır və etibarlı olur.
cultureSettings.RegionId: 0 cultureSettings.LanguageCode: TR